Komaya düşən gəlin toyuna 2 gün qalmış ayıldı

Komaya düşən gəlin toyuna 2 gün qalmış ayıldı Dünya

Çində komaya düşən gəlin toyuna iki gün qalmış ayılıb.

News24.az xəbər verir ki, Van Janjan altı il nişanlı olduğu Çjan Sizuy ilə münasibətdə olub və cütlük toylarını 25 aprel tarixinə planlaşdırıb.

Məlumata görə, 2026-cı ilin əvvəlində Van boğaz ağrısı ilə bağlı yerli klinikaya müraciət edib və ona iynə vurulub. Çjanın sözlərinə görə, həkimlər pasiyentin allergiyası barədə məlumat almayıb və dəri testi aparmayıb.

İynədən bir neçə dəqiqə sonra Vanın dili keyiyib, qusma başlayıb və nəfəsi dayanıb. Təcili yardım briqadası onda anafilaktik şok qeydə alıb və o, komaya düşüb.

Bildirilir ki, Van toy tarixindən 48 saat əvvəl, yəni 92 gün sonra komadan ayılıb. Hazırda o, danışa və hərəkət edə bilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.