Konqoda Ebola peyvəndinə başlanıldı
Dünya
Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola virusuna qarşı peyvəndləmə başlayıb.
News24.az-ın məlumatına görə, ölkənin Səhiyyə naziri Samuel Roger Kamba bildirib ki, ilk növbədə tibb işçiləri və Ebola xəstələri ilə təmasda olan insanlar peyvənd ediləcək.
KDR Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 50 min doza Ervebo peyvəndi alıb. Daha 20 min doza isə klinik sınaqlarda istifadə olunacaq.
Ervebo peyvəndi Ebola virusunun Zaire növünə qarşı hazırlanıb. Lakin hazırkı epidemiya Bundibugyo virusundan qaynaqlanır. Bu virusa qarşı xüsusi peyvənd hələ hazırlanır.
Mütəxəssislər epidemiyanın miqyasının rəsmi açıqlanan rəqəmlərdən daha böyük ola biləcəyini bildirirlər. Xüsusilə İturi vilayətində virusun yayılması ilə bağlı narahatlıq var.