Koronavirusla mübarizə üçün Hubeyə - 12 min həkim göndərildi

Koronavirusla mübarizə üçün Hubeyə - 12 min həkim göndərildi Dünya
Çinin bütün bölgələrindən 12 minə yaxın həkim, yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinə qarşı mübarizə aparmaq üçün Hubey əyalətinə gəliblər.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Feng deyib. 

M.Feng bildirib ki, onların qorxmazlığı və fədakarlığı sayəsində Çin artıq 800-dən çox insanın həyatına son qoyan xəstəliyi məğlub edə biləcəyinə əmindir.