Zelenskinin təyyarəsi az qala vurulurdu – Yeni detal

Zelenskinin təyyarəsi az qala vurulurdu – Yeni detal Dünya

Rusiya son həftələrdə Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarəyə iki dəfə zərbə endirib.

News24.az xəbər verir ki, bunu Zelenski "CBS News"a açıqlamasında bildirib.

“Mənim prezident təyyarəm Moldovada idi, ona görə də Moldovaya hücum etdilər. Evə qayıdanda yenidən Kişinyov üzərindən uçduq və onlar eyni şeyi etdilər”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, hadisələrdən biri sentyabrın 9-da Zelenskinin Norveçə səfəri zamanı baş verib. Həmin vaxt Rusiya pilotsuz uçuş aparatının hava məkanına daxil olmasından sonra Moldova hakimiyyəti ölkənin hava məkanını bağlayıb.

Norveçin Baş naziri Yonas Qahr Störe bildirib ki, Zelenskinin təyyarəsi “Moldovada havaya qalxarkən dron tərəfindən az qala vurulmuşdu. Onun yaşadığı reallıq budur”.

Daha sonra Moldova hakimiyyəti dronun Kişinyov Beynəlxalq Hava Limanından 160 kilometr məsafədə düşdüyünü açıqlayıb.

“Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Ukrayna prezidentinin təyyarəsi planlaşdırıldığından gec havaya qalxıb”, - deyə Moldova hökumətinin sözçüsü Dumitru Çiorici bildirib.