Koronavirusun yayıldığı - YENİ ÖLKƏLƏR

Koronavirusun yayıldığı - YENİ ÖLKƏLƏR Dünya
Koronavirus dünyanı cənginə almağa davam edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ən son məlumatlara görə, virusa Küveyt, Əfqanıstan və Bəhreyndə də rast gəlinib. 

Bildirlib ki, hazırda Küveytdə koronavirusa yoluxan 3 nəfərin İran səfərdən geri qayıdan şəxslərdir. 

Əfqanıstanda koronavirus şübhəsi ilə müşahidə altına alınan 3 nəfərdən birinin test cavabları müsbət olub. 

Bəhreyndə koronavirusa yoluxan şəxsin İrandan gəldiyi açıqlanıb. Qeyd olunub ki, həmin şəxs və kontaktda olduğu insanlar karantin altına alınıb.