Kosmosda astronavt xəstələndi, heyət təcili Yerə qayıtdı
Dünya
Beynəlxalq Kosmik Stansiyada (BKS) heyət üzvlərindən birinin xəstələnməsi səbəbilə fövqəladə vəziyyət elan edilib və dörd nəfərlik heyət missiyanı yarımçıq dayandıraraq Yerə erkən qayıdıb.
News24.az xəbər verir ki, məlumata görə, amerikalı astronavtlar Zena Cardman və Mayk Fincke, yapon astronavtı Kimiya Yui və rusiyalı kosmonavt Oleq Platonov "SpaceX"in "Dragon" kapsulu ilə stansiyanı tərk ediblər. Kapsul 11 saatlıq uçuşdan sonra paraşütlə suya enib və heyət xilasetmə qrupları tərəfindən qarşılanıb.
Xəstələnən astronavtın şəxsiyyəti təhlükəsizlik və tibbi məxfilik səbəbilə açıqlanmayıb. Qeyd olunur ki, bu hadisə kosmosda ilk dəfə astronavtın səhhət problemi səbəbindən təcili geri dönüş qərarının verilməsi kimi qiymətləndirilir.