Kral ailəsində şok hadisə: “Epşteyn işi” ilə bağlı saxlanılan var
Dünya
Böyük Britaniyada Ceffri Epşteynlə əlaqələrinə görə bütün titullarından məhrum edilmiş kral III Çarlzın qardaşı həbs olunub.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Endryu Mauntbetten-Vindzor rəsmi vəzifə tutduğu dövrdə sui-istifadə hallarına yol verdyi üçün saxlanılıb.
Hüquq-mühafizə orqanları bildiriblər ki, keçmiş şahzadənin Epşteynə məxfi materiallar təqdim etməsi barədə iddianın yer aldığı şikayət araşdırılır.
ABŞ-də dərc olunmuş "Epşteyn işi" üzrə geniş sənədlər toplusundan məlum olub ki, Endryu Epşteynə Sinqapur, Honq Konq və Vyetnama səfərləri barədə hesabatlar, eləcə də investisiya imkanları ilə bağlı məxfi detalları ötürüb.
Qeyd edək ki, 66 yaşlı Endryu ona qarşı irəli sürülən bütün ittihamları dəfələrlə rədd edib və heç bir qanunsuz əməl törətmədiyini bildirib.