Kral türk əsilli xanım deputatı nazir təyin etdi
Dünya
Böyük Britaniyada türk əsilli deputat Nesil Çalışkan naziri vəzifəsinə təyin edilib.
News24.az xəbər verir ki, kral III Çarlz baş nazir Keyr Starmerin təqdim etdiyi yeni təyinatları təsdiqləyib. Onlardan biri - Barkinq bölgəsindən parlament üzvü olan Nesil Çalışkan Mənzil, İcmalar və Yerli Özünüidarəetmə Nazirliyində dövlət naziri vəzifəsinə gətirilib.
1988-ci ildə Londonda kiprli türk ailəsində doğulan Nesil Çalışkan daha əvvəl Enfild şəhərinin meri olub və bu vəzifəyə seçilən ən gənc qadın kimi tanınıb.