Kreml: ABŞ-nin yeni sülh planı Rusiyanın maraqlarına uyğun olmaya bilər
Dünya
Moskva Kiyevlə aparılan təmaslardan sonra hazırlanan ABŞ sülh planının yenilənmiş variantını qəbul etməyə bilər.
News24.az xəbər verir ki, Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib.
Uşakovun sözlərinə görə, Rusiya hələlik planın düzəliş edilmiş versiyasını görməyib: “Gördüyümüz zaman bəyənməyəcəyimiz bir çox məqam ola bilər”. Kreml rəsmisi vurğulayıb ki, Vaşinqtonun Avropa ölkələri və Ukrayna ilə hansı razılaşmalara gəldiyi Rusiyaya təqdim edilməlidir.