Krımda məktəbin eyvanı uçdu - Çox sayda yaralı var

Krımda məktəbin eyvanı uçdu - Çox sayda yaralı var Dünya

Krımın Sevastopol şəhərində yerləşən məktəbdə eyvanın uçması nəticəsində 10 uşaq xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri Mixail Razvojayev məlumat verib.

Onun sözlərinə görə, hadisə 13 nömrəli məktəbdə baş verib.

İlkin məlumata əsasən, uşaqlar eyvana şəkil çəkdirmək üçün çıxıb.

Hadisə yerinə operativ xidmət əməkdaşları cəlb olunub. Yaralanan uşaqlara tibbi yardım göstərilir və onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılır.

Razvojayev bildirib ki, hadisənin səbəbləri araşdırılacaq və geniş istintaq aparılacaq.