Kriptovalyuta dələduzu və həyat yoldaşı öldürüldü

Kriptovalyuta dələduzu və həyat yoldaşı öldürüldü Dünya

İtkin düşmüş kriptovalyuta dələduzu Roman Novak Birləşmiş Ərəb Əmirliklərində həyat yoldaşı Anna ilə birlikdə qətlə yetirilib.

News24.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Məlumata görə, oğurluq və qətldə iştirak edən Rusiya vətəndaşları artıq saxlanılıb və yaxın vaxtlarda Sankt-Peterburqa ekstradisiya olunacaqlar.

Cütlük bir ay əvvəl itkin düşüb. Onların telefonlarından son siqnal oktyabrın 4-də Cənubi Afrikanın Keyptaun şəhərindən qeydə alınıb, bundan sonra əlaqə tamamilə kəsilib.

“Məsələni cütlüyün ailəsi gündəmə gətirib. İstintaq başladıqdan sonra müəyyən edilib ki, Roman Novak və həyat yoldaşı quldurlar tərəfindən oğurlanıb. İtkinlərin azad edilməsi üçün tələb olunan pul ödənilmədikdə, onlar qətlə yetirilib”, – deyə məlumatda bildirilir.

Mənbənin məlumatına görə, Roman Novak daha əvvəl investorlar tərəfindən biznes layihələrinin inkişafı üçün toplanmış 500 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham olunub.

O, bu vəsaitləri cəlb etmək üçün özünü guya “Telegram”ın direktorlar şurasının üzvü kimi təqdim edib.