Kruiz gəmisində virus həyəcanı - ÜST-dən REAKSİYA
Dünya
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bildirib ki, “MV Hondius” kruiz laynerinin 11 sərnişinində hantavirus infeksiyası qeydə alınıb.
News24.az xəbər verir ki, Qebreyesus bu barədə İspaniyanın baş naziri Pedro Sançes ilə keçirdiyi birgə mətbuat konfransındakı çıxışında deyib.
ÜST rəhbərinin sözlərinə görə, yoluxanlar gəmi sərnişinləri və ya ekipaj üzvləridir.
Onlardan doqquzu “Andes” virusuna yoluxma kimi təsdiqlənib, digər iki hal isə ehtimal olunan yoluxma hesab edilir.
Qebreyesus qeyd edib ki, ehtimal olunanlar və təsdiqlənənlər tək-tək xarakter daşıyı. Onlar ciddi tibbi nəzarət altındadır. Bu da virusun yayılması riskini istisna edir. /Gazeta.ru/