Kuba Venesuelada 32 döyüşçüsünün öldüyünü açıqladı
Dünya
Kuba ABŞ-nin Venesuelaya müdaxiləsi zamanı 32 kubalı döyüşçünün həlak olduğunu bəyan edib.
News24.az xəbər verir ki, hadisə Venesuela prezidenti Nikolas Maduronun həbs edilməsi ilə nəticələnən ABŞ hərbi əməliyyatı zamanı baş verib.
Kuba prezidenti Migel Dias-Kanel 5 və 6 yanvar tarixlərini milli matəm günləri elan edib. Hökumətin açıqlamasında bildirilir ki, həlak olanlar Venesuela hakimiyyətinin xahişi əsasında ölkədə rəsmi əməkdaşlıq və müdafiə missiyaları çərçivəsində xidmət edən İnqilabi Silahlı Qüvvələr və Daxili İşlər Nazirliyinin əməkdaşları olub.