"Kurtal Vadisi"nin aktyoru ilə bağlı pis xəbər

"Kurtal Vadisi"nin aktyoru ilə bağlı pis xəbər Dünya

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, aktyor qida zəhərlənməsi səbəbindən səhər saatlarında xəstəxanaya aparılıb.

İlkin tibbi müdaxilədən sonra onun vəziyyətinin yaxşılaşdığı bildirilir.

Hazırda ATV-də yayımlanan "Kim Milyoner Olmak İster?" verilişinin aparıcısı olan Kaynarcanın yaxın zamanda “Kafkas” serialı ilə tamaşaçı qarşısına çıxacağı da qeyd olunub.

Xatırladaq ki, Oktay Kaynarca məşhur “Kurtlar Vadisi” serialında Süleyman Çakır obrazı ilə yadda qalıb.