Kuryerin çatdırdığı bağlama partladı

Kuryerin çatdırdığı bağlama partladı Dünya

İstanbulda yerləşən yaşayış komplekslərindən birində kuryer tərəfindən çatdırılan bağlama partlayıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Məlumata görə, insident şəhərin qərbində, Zeytinburnu rayonunda baş verib. Partlayış paketi alan şəxs qutunu açarkən baş verib.

Bildirilib ki, həmin şəxs gözlərindən və əllərindən xəsarət alıb. Xəsarət alan digər iki şəxs isə yaşayış kompleksinin mühafizəçiləri olublar.

Partlayışdan sonra yaşayış kompleksinin ərazisi polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və istintaqçılar çalışıblar.

Hazırda partlayıcı qurğunun xarakteri və hadisənin motivləri barədə məlumat yoxdur, hadisə ilə bağlı istintaq davam edir.