Küsülülük bitdi - Foto

Küsülülük bitdi - Foto Dünya

Dünyanın ən varlı adamı olan sahibkar İlon Mask ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatdan sonra Amerika prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp ilə birlikdə şam yeməyində olduğu anı əks etdirən fotonu “X” sosial şəbəkəsində paylaşıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask paylaşımda axşamın çox gözəl keçdiyini qeyd edib və 2026-cı ilin möhtəşəm olacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, paylaşım yay aylarında açıq şəkildə münasibətləri pozulan biznesmenlə Ağ Evin rəhbəri arasında əlaqələrin bərpa olunması ilə bağlı xəbərlərdən sonra dərc edilib.

Küsülülük bitdi - Foto