Kütləvi məzarlıq tapıldı - Bu ölkədə
Dünya
Suriyanın şimalındakı İdlib əyalətində kütləvi məzarlıq aşkar edilib.
News24.az xəbər verir ki, Suriya mətbuatının məlumatına görə, tapıntı Maaret Numan şəhərində yerləşən keçmiş dövlət təhlükəsizlik mərkəzində üzə çıxıb.
Bildirilib ki, kütləvi məzarlıq mərkəzin tərk edilmiş binasının daxilində qazılmış çuxurlarda aşkarlanıb.
Hadisə Suriyanın Hələb şəhərində təxminən iki həftə əvvəl oxşar kütləvi məzarlığın tapılmasından sonra qeydə alınıb.
Tapıntı bölgədə baş vermiş zorakılıqlar və itkin düşən şəxslərlə bağlı narahatlıqları yenidən gündəmə gətirib.