Küveyt hava məkanına qoyulan məhdudiyyətləri uzatdı

Küveyt hava məkanına qoyulan məhdudiyyətləri uzatdı Dünya

Küveytin aviasiya qurumları ölkə üzərində mülki uçuşlara qoyulan qadağanı ən azı 12 saat uzadıb.

News24.az xəbər verir ki, hava məkanı aprelin 12-si Bakı vaxtı ilə saat 08:00-dək bağlı qalacaq.

Məlumata görə, qadağa fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda tətbiq olunub.

Qeyd edilir ki, atəşkəsdən sonra İraq, Suriya və Bəhreyn hava məkanını açsa da, Qətər və BƏƏ-də məhdudiyyətlər qalır, İranın hava məkanı isə hələ də bağlıdır. (Oxu.az)