KİV: ABŞ və İsrail İrana qarşı yeni hücuma hazırlaşır

KİV: ABŞ və İsrail İrana qarşı yeni hücuma hazırlaşır Dünya

ABŞ və İsrail İrana qarşı yeni hücumlara hazırlaşır

News24.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrail gələn həftənin əvvəlində İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatların yenidən başlanması üçün intensiv hazırlıqlar görür.

Nəzərdən keçirilən variantlar arasında İranın hərbi və infrastruktur obyektlərinə qarşı daha aqressiv bombardman kampaniyası, eləcə də nüvə materiallarının tapılması və ələ keçirilməsi məqsədilə xüsusi yerüstü əməliyyatların həyata keçirilməsi də var.

Qəzet yazıb ki, bu missiyada bölgəyə yerləşdirilmiş xüsusi əməliyyat qüvvələrindən istifadə edilə bilər. Lakin belə bir əməliyyatın icrası üçün minlərlə dəstəkçi əsgərin cəlb olunmasının zəruri olacağı vurğulanır.

Buna baxmayaraq, ABŞ prezidenti Donald Trampın köməkçiləri prezidentin hələ də növbəti addımlar barədə yekun qərar vermədiyini bildiriblər.