KİV: “Trampın yeni diplomatik hədəfi Kipr olacaq”
Dünya
“Şərqi Aralıq dənizində davamlı sabitlik Kipr məsələsi həll olunmadan mümkün deyil”.
News24.az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak deyib.
Barak Kipri “sağlam bədəndə abses” kimi xarakterizə edərək, ABŞ-nin bu məsələdə körpü rolunu oynaya biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Kiprin həlli Xəzərdən Aralıq dənizinə enerji və ticarət dəhlizi açacaq, lakin Yunanıstan və Cənubi Kipr Türkiyənin prosesdə iştirakını əngəlləyir.
ABŞ rəsmiləri, o cümlədən Barak və Afinadakı səfir Kimberli Quilfoy, prezident Donald Trampla regiondakı ABŞ-nin rolunu müzakirə ediblər.
Ekspertlər bildirirlər ki, Kipr planı həyata keçsə, regional aktyorlar ya ehtiyatla davranacaq, ya da prosesi müşahidə edəcəklər.