Laricani bu sözlərinə görə hədəfə alınıb? - Şok detallar

Laricani bu sözlərinə görə hədəfə alınıb? - Şok detallar Dünya

İsrailin “öldürüldüyünü” iddia etdiyi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sonuncu dəfə cümə günü Qüds Günü yürüş zamanı Tehranda görüntülənib.

News24.az xəbər verir ki, həmin gün İsrailin hücumlarına münasibət bildirən Laricani sərt açıqlamalar verib.

“Bu hücumlar qorxu və çarəsizlikdən qaynaqlanır. Bu, açıq-aydın uğursuzluq əlamətidir”, - deyə o bildirib.

O həmçinin Donald Trampı da hədəfə alaraq bildirib ki, Tramp İran xalqının cəsur, güclü və qətiyyətli bir millət olduğunu başa düşmür. Təzyiq artdıqca bu qətiyyət daha da güclənir.

Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri İsrael Katz Laricaninin öldürüldüyünü iddia edib. Lakin İran tərəfi bununla bağlı hələlik rəsmi məlumat verməyib.