Lavrov Qərbə xəbərdarlıq etdi: - bu, təhlükədir, fəlakət olacaq

Lavrov Qərbə xəbərdarlıq etdi: - bu, təhlükədir, fəlakət olacaq Dünya
Ukraynaya göndəriləcək F-16 döyüş təyyarələrini “nüvə təhlükəsi” kimi qiymətləndiririk. Bu, fəlakətli nəticələrə səbəb olacaq”.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

"Biz Ukrayna Silahlı Qüvvələrinin bu cür sistemlərə sahib olmasını nüvə sahəsində Qərb üçün təhlükə kimi qiymətləndirəcəyik. Rusiya bu təyyarələrin nüvə başlıqları daşımaq qabiliyyətinə göz yuma bilməz". - Lavrov “Lenta.ru”-ya müsahibəsində deyib.

Moskvanın bu məsələ ilə bağlı ABŞ, İngiltərə və Fransaya xəbərdarlıq etdiyini bildirən rusiyalı nazir qeyd edib ki, ABŞ və NATO müttəfiqləri Rusiya ilə birbaşa silahlı münaqişə riski yaradır. O əlavə edib ki, bunun fəlakətli nəticələri ola bilər.

Qeyd edək ki, Amerika istehsalı olan təyyarələrin Ukraynaya tədarükü cədvəli və sayı açıqlanmayıb.
Böhranı böyütməmək üçün ABŞ Kiyevin uzun müddət israr etdiyi F-16-ları təhvil verməkdən imtina edib. Lakin Vaşinqton administrasiyası ötən ilin mayında bu ölkəyə döyüş təyyarələri göndərmək üçün “yaşıl işıq” yandırıb.

Ukrayna F-16 təyyarələrində pilotlarına təlim keçmək üçün 11 ölkədən ibarət "komanda" yaratdığını açıqlayıb.

Arzu