Lavrov Saakaşvilini tənqid etdi: - "LAYİQLİ CAVAB ALDI"
Dünya
“Gürcüstanla diplomatik əlaqələri kəsən biz deyilik, ABŞ-ın təşviqi ilə öz vətəndaşlarına, vətəndaşı hesab etdiyi osetinlərə və sülhməramlılara əl qaldıran Saakaşvili rejiminin təşəbbüsü olub. O, layiqli cavab aldıqdan sonra tam siyasi-hərbi uğursuzluğunu anti-Rusiya hərəkətləri ilə kompensasiya etməyə başladı”.
News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Rusiyanın heç vaxt gürcü xalqına mənfi münasibət bəsləmədiyini bildirib:
“Biz bütün Cənubi Qafqaz xalqları kimi, gürcü xalqını da sevirik. Rusiya tarixində də, Sovet İttifaqı tarixində də, incəsənətimiz, mədəniyyətimiz və elmimiz tarixində gürcülər xüsusi yer tuturlar”.
Xarici işlər naziri qeyd edib ki, Gürcüstanın indiki hakimiyyəti Moskva ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lavrovun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə uçuşların bərpası və viza rejimini ləğv etmək barədə razılığa gəliblər.
“Rusiya vətəndaşları üçün vizasız rejim uzun müddətdir mövcud idi və bir çox vətəndaşımız bundan istifadə edirdi. Amma indi qarşılıqlılıq əsasında Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi və hava əlaqəsinin yaradılması, əlbəttə, əlaqələrimizi daha rahatlaşdırır. Uçuşların sayı artır, birbaşa uçuşların coğrafiyası da genişlənir, ticarət dövriyyəsi artır. Gürcüstanın bir çox ənənəvi ixrac məhsulları burada çox məşhurdur: şərab, “Borjomi” və sair”, - deyə Lavrov vurğulayıb.
Ayşən