Lavrov şeir də yazırmış...
Dünya
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dostları üçün hələ də şeir formasında təbriklər yazır, lakin əvvəlki qədər poeziyaya vaxt ayırmır.
News24.az xəbər verir ki, Lavrov bu barədə “Sama Menşova” internet layihəsinə müsahibəsində bildirib.
“Dostlarımın yubileyləri, ümumi dost çevrəmizdə hansısa əlamətdar tarixlər olanda təbriklər yazıram. Bunlar artıq daha sadə və konkret insana həsr olunan şeirlərdir”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, sentyabrın 1-dən 4-dək keçirilən Şərq İqtisadi Forumunda Lavrov şeir yazmağa hələ 16 yaşında olarkən illərində başladığını açıqlayıb.