Liseyə silahlə hücum - Ölən və yaralananlar var - Bu ölkədə
Dünya
Filippində liseyə silahlı hücum edilib.
News24.az xəbər verir ki, hadisə nəticəsində 3 şagird həyatını itirib, 5 -i isə yaralanıb.
Polisin məlumatına görə, hücumla əlaqədar iki şübhəli saxlanılıb.
Şübhəlilərdən birinin hücumun baş verdiyi məktəbin şagirdi olduğu qeyd olunub.
Hadisədən sonra məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə əlavə polis qüvvələri cəlb edilib.
1500-dən çox şagirdin təhsil aldığı liseydə baş vermiş silahlı hücumun səbəbi araşdırılır. /Haber Global/