Litvanın xarici işlər naziri pişiyə rəsmi "vəzifə verdi"
Dünya
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis nazirliyin həyətindən xilas etdikləri pişik balasını rəsmi nazirlik pişiyi elan edib.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Landsbergis "X" hesabında etdiyi paylaşımda bildirib.
"Bu, Ranqodur. Həyətimizdəki Ranqo xilas edildi və dərhal Litva Respublikası Xarici İşlər Nazirliyinin rəsmi pişiyi vəzifəsinə yüksəldi", - deyə nazir açıqlamasında qeyd edib.
Nazirin bu bəyanatı qısa müddətdə minlərlə bəyənmə toplayıb.