Livana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatdı
Dünya
İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1 150-dən çox insan yaralanıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.
Məlumata görə, aprelin 8-də İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna qarşı fevraldan bəri ən böyük hücumu həyata keçirib. Zərbələr qısa müddət ərzində eyni vaxtda Beyrutda, Bekaa vadisində və ölkənin cənubunda endirilib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik atəşkəs elan etsə də, Livan bu razılaşmaya daxil edilməyib. İsrail qüvvələri isə "Hizbullah"a qarşı əməliyyatları davam etdirib.(Oxu.az)