Livanda matəm elan edildi
Dünya
İsrailin Beyrutu və ölkənin digər şəhərlərini bombardman etməsi nəticəsində 254 nəfərin həlak olması ilə əlaqədar bu gün Livanda milli matəm günü elan edilib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Navaf Salam sərəncam imzalayıb.
Salam hökumət müəssisələrinin, ictimai təşkilatların və bələdiyyələrin bağlanması barədə göstəriş verib. Milli bayraqlar hər yerdə yarıya qədər endiriləcək. Hakimiyyət orqanları radio və televiziya verilişlərinin proqramlarına da düzəlişlər edəcəklər.
Baş nazir Livan xalqına, övladını itirən bütün ailələrə dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə sağalmağı arzulayıb.