Liviyanın Baş Qərargah rəsinin təyyarəsi Ankarada qəzaya uğradı, heyət həlak oldu – Yeniləndi

Liviyanın Baş Qərargah rəsinin təyyarəsi Ankarada qəzaya uğradı, heyət həlak oldu – Yeniləndi Dünya

Liviyanın Baş Qərargah rəisini və onu müşayiət edən nümayəndə heyətini daşıyan xüsusi jetin qalıqları tapılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Liviyanın Baş naziri Türkiyədə baş verən təyyarə qəzası nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin həlak olduğunu təsdiqləyib. Açıqlamada qeyd olunub ki, təyyarədə Liviyanın Quru Qoşunlarının komandanı, Hərbi Sənaye İdarəsinin direktoru, Baş Qərargah rəisinin müşaviri və onun ofisindən bir fotoqraf da olub.

Hadisənin detalları ilə bağlı araşdırmalar davam etdirilir.

**

iviyanın Baş Qərargah rəsinin təyyarəsi Ankarada qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Türkiyə DİN-in məlumatına görə, təyyarə Tripli istiqamətində uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya düşüb.

Məlumata görə, göyərtədə 5 nəfər olub.

Təfərrüatlar barədə hələ ki məlumat yoxdur.

Liviyanın Baş Qərargah rəsinin təyyarəsi Ankarada qəzaya uğradı, heyət həlak oldu – Yeniləndi