İlon Maskdan sərt bəyanat: "ABŞ onu niyə qoruyur?"
Dünya
Amerikalı milyarder və “Tesla”nın rəhbəri İlon Mask Avropa İttifaqının mövcudluğunu tənqid edib və bildirib ki, Aİ aradan qaldırılmalı, suverenlik isə ayrı-ayrı ölkələrə qaytarılmalıdır.
News24.az xəbər verir ki, İlon Mask bununla ölkələrin hökumətləri xalqın maraqlarını daha yaxşı təmin edə biləcəklər.
Mask qeyd edib ki, bürokratiya Avropanı yavaş-yavaş boğur və ölkələrin öz gələcəyini idarə etməsinə mane olur.
O, həmçinin belə bir sual səsləndirib: “ABŞ Avropa İttifaqını nədən qoruyur?”
Qeyd edək ki, son illər Avropa İttifaqının siyasi və iqtisadi qərarları ilə bağlı tənqidlər artmaqdadır və bəzi ekspertlər Aİ-nin çevikliyini itirdiyini bildirirlər.