London görüşündə nələr müzakirə edildi? – Zelenskidən ilk açıqlama
Dünya
Londonda Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Birləşmiş Krallığın Baş naziri Kir Starmer arasında görüş olub. Görüşün mövzusu Ukraynanın təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı bərpası olub.
News24.az xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.
Görüş həmçinin ABŞ-nin “sülh planı” üzərində işləri davam etdirməyə imkan yaradıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planının 28 bənddən 20 bəndə endirildiyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, lakin ərazi məsələsində heç bir güzəşt yoxdur. Zelenski həmçinin müharibənin bitməsi ilə bağlı düşüncələrinin ABŞ prezidenti Donald Trampın düşüncələrindən fərqli olduğunu bildirib.
Ukrayna dövlət başçısı sülh planı layihəsinin Ukrayna və Avropa Birliyi təhlükəsizlik müşavirlərinin iştirakı ilə yekunlaşdırılacağını və çərşənbə axşamı ABŞ-yə göndəriləcəyini deyib.