Londonda avtomobil izdihama üzərinə sürülüb, yaralılar var – YENİLƏNDİ

Londonda avtomobil izdihama üzərinə sürülüb, yaralılar var – YENİLƏNDİ Dünya

Londonda avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində yaralananların sayı 5-ə yüksəlib.

News24.az xəbər verir ki, London polisinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs – Somalidən olan Britaniya vətəndaşı saxlanılıb. Ona qarşı adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

"Ümumilikdə 5 piyada xəsarət alıb. Onlardan ikisinə yerində tibbi yardım göstərilib. Üç nəfər isə xəstəxanaya yerləşdirilib. Həyati təhlükələri yoxdur", – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, insidentin törədildiyi avtomobil hadisə yerindən bir qədər aralıda saxlanılıb.

**23:00

Londonda avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var.

News24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Hadisə zamanı 3 nəfərin yaralandığı bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin motivləri araşdırılır.