Londondan sonra Brüssel: Zelenski onlarla görüşəcək
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə səfər edib.
News24.az xəbər verir ki, bu barədə Zelenski özü açıqlama verib.
O qeyd edib ki, Brüsseldə onun NATO Baş Katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta ilə görüşləri planlaşdırılıb.
“Reparasiya krediti və təhlükəsizlik zəmanətləri barədə danışacağıq”, – Ukrayna lideri bildirib.
Prezident əlavə edib ki, bu görüşlərdən sonra gecə saatlarında o, İtaliyaya yola düşəcək.