Lotereya oynadı, bir gecədə milyoner oldu

Lotereya oynadı, bir gecədə milyoner oldu Dünya

ABŞ-də "Powerball" lotereyasının tirajında bir nəfər bütün rəqəmləri düzgün təxmin edərək 1,8 milyard dollar qazanıb.

News24.az xəbər verir ki, püşkatma Florida ştatında keçirilib. Bu uduş ABŞ lotereya tarixində ikinci ən böyük mükafatdır. Qalib pulu vergilər çıxıldıqdan sonra birdəfəlik və ya 29 il ərzində hissə-hissə ala bilər.