“Lukoil”in neft şaxtasında bədbəxt hadisə: Ölən var - Bu ölkədə
Dünya
“Lukoil” qrupuna daxil olan “Yareqaneft” müəssisəsinin Komi Respublikasında yerləşən 2 nömrəli neft şaxtasında istehsalat qəzası baş verib.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nəticədə bir nəfər həlak olub.
Hazırda hadisənin səbəbləri araşdırılır. Yerli sakinlər və istehsalat obyektləri üçün heç bir təhlükənin olmadığı bildirilib.
Müəssisə hadisənin nəticələrinin aradan qaldırılması üçün operativ tədbirlər görür.