Luqanskda döyüşlər davam edir, Rusiya ordusu irəlilədi

Luqanskda döyüşlər davam edir, Rusiya ordusu irəlilədi Dünya
Luqansk vilayətinin Severodonetsk şəhərində Ukrayna silahlı qüvvələri ilə Rusiya ordusu arasında döyüşlər davam edir.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.

“Severodonetsk yaşayış məntəqəsi istiqamətində Rusiya ordusu müəyyən irəliləyişə nail olub, şəhərin şərq hissəsini ələ keçirib” – deyə məlumatda bildirilir.

Donbas regionunun digər ərazilərində aktiv döyüşlər qeydə alınmayıb.