Luvr hadisəsi ilə bağlı daha 4 nəfər həbs edildi

Luvr hadisəsi ilə bağlı daha 4 nəfər həbs edildi Dünya

Fransa polisi Luvr muzeyində baş verən oğurluqla bağlı istintaq çərçivəsində daha dörd nəfəri həbs edib.

News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Paris Prokurorluğu açıqlama yayıb.

Saxlanılanlar 38 və 39 yaşlarında iki kişi, 31 və 40 yaşlarında isə iki qadındır.

Məlumata görə, bundan əvvəl daha dörd nəfər artıq 29 oktyabr və 1 noyabr tarixlərində həbs edilərək barələrində rəsmi istintaq başladılıb.

Xatırladaq ki, oktyabrın 19-da gündüz vaxtı həyata keçirilən qarətdə dörd nəfər muzeydən ümumi dəyəri 102 milyon dollar olan zinət əşyalarını oğurlayıb. Hadisə dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvrun təhlükəsizliyi ilə bağlı suallar yaradıb.

Hələlik oğurlanan zinət əşyalarından heç bir iz tapılmayıb.