Luvrda terror aktı planlaşdıran şəxs saxlanıldı

Luvrda terror aktı planlaşdıran şəxs saxlanıldı Dünya

Fransa polisi Luvrda terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb.

News24.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, 7 mayda həbs edilən 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasından ilhamlanaraq zorakı hərəkətlər planlaşdırıb.

İddialara görə, həmin şəxs Parisin XVI rayonunda Luvr və yəhudi icmasına hücum etmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, saxlanılan şəxs İŞİD terror təşkilatına qoşulmaq üçün Mozambik və ya Suriyaya səyahət etməyi düşünürdü. (Report)