Madaqaskar Fransa səfirini arzuolunmaz şəxs elan etdi

Madaqaskar Fransa səfirini arzuolunmaz şəxs elan etdi Dünya

Madaqaskar hökuməti Fransa səfirliyinin bir əməkdaşını “persona non qrata” elan edib.

News24.az xəbər verir ki, hadisə Antananarivo şəhərində baş verib. Məlumata görə, Fransanın səfiri Arno Giyo bu qərarla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Rəsmi açıqlamada bildirilib ki, adı açıqlanmayan diplomat statusuna uyğun olmayan fəaliyyətlərdə iştirak edib və ölkənin daxili işlərinə müdaxilə ilə əlaqələndirilib.

Fransa tərəfi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.