Maduro bu gün hakim qarşısına çıxarılır

Maduro bu gün hakim qarşısına çıxarılır Dünya

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores bu gün Nyu-Yorkda Manhetten federal məhkəməsində hakim qarşısına çıxacaqlar.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ qüvvələri tərəfindən Karakasda keçirilən əməliyyat zamanı saxlanılan Maduro Federal Saxlama Mərkəzinə köçürülüb.

Maduronun saxlanılmasından sonra vitse-prezident Delsi Rodrigezin ölkədə hakimiyyəti ələ aldığı bildirilir. ABŞ prezidenti Donald Tramp Venesuela ilə bağlı sərt açıqlamalar verib.