"Maduro əməliyyatı"nda 75 nəfər öldü - ABŞ rəsmiləri

"Maduro əməliyyatı"nda 75 nəfər öldü - ABŞ rəsmiləri Dünya

ABŞ rəsmiləri Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardıqları əməliyyat zamanı mülki şəxslər də daxil olmaqla təxminən 75 nəfərin həlak olduğunu açıqlayıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, ölənlər arasında Venesuela və Kuba təhlükəsizlik qüvvələrinin üzvləri, həmçinin mülki şəxslər var. ABŞ prezidenti Donald Tramp əməliyyatı “effektiv, lakin çox zorakı” adlandırıb və əsasən kubalı hərbçilərin öldüyünü bildirib.

Kuba prezidenti Migel Dias-Kanel əməliyyat zamanı 32 kubalı döyüşçünün həlak olduğunu açıqlayıb və ölkədə iki günlük matəm elan edildiyini bildirib. Venesuela da yeddi günlük matəm elan edib. (The Washington Post)