"Maduronu tək qoymayacağıq"
Dünya
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-nin prezident Nikolas Maduroya qarşı hərbi müdaxiləsi ilə bağlı açıqlama verib.
News24.az-ın məlumatına görə, Rodrigez Bolivar Milli Qvardiyasının Hərbi Akademiyasında keçirilən mərasimdə bildirib ki, hökumət Maduronu tək buraxmayacaq:
“Biz qaçırılmış prezident Nikolas Maduroya və onun həyat yoldaşı Silia Floresə sədaqətlə sadiqik. Onlar azad edilənədək mübarizəni davam etdirəcəyik”.
O, ABŞ-nin hücumunu pisləyərək, hadisə zamanı ölənlərin xatirəsinin anıldığını və bu müdaxilənin Venesuela–ABŞ münasibətlərinə ciddi zərbə vurduğunu deyib.
Rodrigez əlavə edib ki, hərbi müdaxilə zamanı heç kim təslim olmayıb və baş verənlər ölkənin müstəqilliyi uğrunda aparılan mübarizə kimi qiymətləndirilib.