Makron gələn həftə Vaşinqtona gedir

Makron gələn həftə Vaşinqtona gedir Dünya

Fransa prezidenti Emmanuel Makron gələn həftə ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək. 

News24.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa üzrə nümayəndəsi Benjamin Haddad LCI telekanalında bildirib.

Həddadın sözlərinə görə, Aİ ölkələrinin Moskvaya iqtisadi təzyiq göstərmək üçün bir neçə rıçaqları var:

"Gələn həftənin əvvəlində Makron Avropanın Ukrayna ilə bağlı mövqeyini çatdırmaq üçün Trampla görüşə gedəcək”, - deyə nümayəndə bildirib.

Qeyd edək ki, Fransa prezidenti görüşdə “Kiyevin gələcəyi onun iştirakı olmadan həll edilməməlidir” məsələsini qaldırmağı planlaşdırır.

Ağa Dadaşzadə