Makron iğtişaşlardan çıxardığı nəticəni açıqlayıb

Makron iğtişaşlardan çıxardığı nəticəni açıqlayıb Dünya
Fransa prezidenti Emmanuel Makron zorakı məzmunun qarşısını almaq məqsədilə  “rəqəmsal ictimai nizam” yaratmaq istədiyini bildirib. 

News24.az xəbər verir ki, bu barədə “Liberation” məlumat yayıb.

O, ölkədə iyunun 27-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən güllələnərək öldürülən 17 yaşlı gənci xatırladıb. 

“Bu gənclərin çoxu müəyyən şəbəkələr vasitəsilə tanış olub, bu iğtişaşları təşkil edib. Deməli, biz orada da uğur qazanmalıyıq. İlk növbədə uşaqlarımızı və azyaşlı yeniyetmələrimizi ekranlardan daha yaxşı qoruyaq”, – o deyib.

Makron həmçinin qeyd edib ki, ölkədə  bəzi ailələrdə uşaqlarına qarşı nəzarəti gücləndirmək lazımdır: “İğtişaşlardan öyrəndiyim dərs birdir: nizam, nizam, nizam. İkincisi, ölkəmizə bütün səviyyələrdə və ilk növbədə ailədə hakimiyyətin qaytarılması məsələsidir”.

Arzu