Makron mühüm görüşün anonsunu verdi: bazar ertəsi nə olacaq?
Dünya
Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə yüksək səviyyəli görüş barədə açıqlama verib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, bazar ertəsi Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts Londonda bir araya gələcəklər.
Makron bildirib ki, görüşün məqsədi mövcud vəziyyəti qiymətləndirmək və ABŞ-nin vasitəçiliyi çərçivəsində aparılan danışıqların gedişini müzakirə etməkdir.