"Makron son 500 ilin ən zəif prezidentidir"

"Makron son 500 ilin ən zəif prezidentidir" Dünya

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin sabiq iqtisadi müşaviri Alen Mink hazırkı dövlət başçısı Emmanuel Makronu son yarım əsrdə “ən zəif prezident” adlandırıb.

News24.az xəbər verir ki, Mink bu fikri “Politico” nəşrinə müsahibəsində səsləndirib.

“Makron ölkəni idarə etməyə başladığı dövrdən qat-qat pis vəziyyətdə tərk edəcək. O, Fransa üçün illərlə davam edə biləcək siyasi qeyri-sabitlik mühiti yaradacaq. Bu, bağışlanmazdır”, – deyə Mink bildirib.

Onun sözlərinə görə, Makronun narsisizmi onu elə qərarlar verməyə vadar edir ki, bu da Fransa institutlarını təhlükə altına salıb və 2027-ci il seçkiləri ərəfəsində sağçı ideyaların güclənməsinə şərait yaradıb.

Alen Mink hesab edir ki, Fransa prezidenti səhvən özünü hər problemi həll etməyə qadir, ən ağıllı və ən hiyləgər şəxs hesab edir.

Onun fikrincə, Makron anlamır ki, yaranmış siyasi böhranın əsas səbəbi məhz onun özüdür və vəziyyətin sabitləşməsi üçün istefa verməlidir.