“Mançester Yunayted” iftar süfrəsi açdı
Dünya
İngiltərə Premyer Liqası klubu "Mançester Yunayted" doğma stadionu "Old Trafford"da iftar mərasimi təşkil edib.
News24.az xəbər verir ki, tədbir "Mançester Yunayted" Müsəlman Tərəfdarlar Klubu (MUMSC) tərəfindən keçirilib.
İftar mərasiminə klubun mərakeşli oyunçusu Noussair Mazraoui də daxil olmaqla çoxsaylı qonaqlar qatılıb. Tədbir 75.000 nəfərlik stadionda azanla açılıb.
MUMSC prezidenti Asif Mahmud, tədbirin xəyallarını gerçəkləşdirdiyini qeyd edib. Klubun gənclər üzrə məşqçisi İmran Həmid isə belə tədbirlərin gənclər üçün ilham mənbəyi olacağını vurğulayıb və ümid edib ki, burada iştirak edən bəzi uşaqlar gələcəkdə əsas heyət oyunçusu kimi çıxış edəcəklər.