"Mango"nun qurucusunu oğlu öldürüb? - Foto

"Mango"nun qurucusunu oğlu öldürüb? - Foto Dünya

“Mango” şirkətinin qurucusu İsak Andikin oğlu Conatan Andik atasının ölümü ilə bağlı aparılan istintaq çərçivəsində qətldə şübhəli şəxs qismində saxlanılıb.

News24.az xəbər verir ki, Kataloniya regional polisinin nümayəndəsi Conatan Andikin saxlanıldığını və onun İsak Andikin ölümü ilə bağlı şübhəli bilindiyini təsdiqləyib.

Məlumata görə, o, Barselona yaxınlığındakı Martorel şəhərində məhkəmə qarşısına çıxarılacaq.

Milyarder və “Mango” geyim şəbəkəsinin qurucusu İsak Andik 2024-cü ilin dekabrında İspaniyanın dağlıq ərazisində həyatını itirib. Hadisə Salnitre mağaraları yaxınlığında, 150 metr yüksəklikdə təşkil olunan ekskursiya zamanı baş verib. O, 71 yaşında olub.

İstintaq materiallarına əsasən, faciədən bir neçə gün əvvəl ata ilə oğul arasında münasibətlərdə gərginlik olduğu bildirilib. /The Independent/