Marneulidə baş verən qətl hadisəsi ilə bağlı istintaq başladıldı
Dünya
Ötən gecə, Marneuli şəhərinin Nizami Gəncəvi küçəsində baş verən qətl hadisəsi ilə bağlı istintaq başladılıb.
News24.az xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı istintaq qəsdən adam öldürməyə cəhd ittihamı ilə Cinayət Məcəlləsinin 108-ci maddəsi və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə başladılıb.
Məlumat üçün bildirək ki, ötən gün, axşam saat 20:30 radələrində Marneuli şəhərinin Nizami Gəncəvi küçəsində 37 yaşlarında olan Marneuli sakini Rasim Gərəhməzli şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.
Qeyri rəsmi məlumatlara görə, qanlı hadisədən əvvəl tərəflər arasında mübahisə və dava olub, bundan sonra cinayətkar odlu silahla Rasim Gərəhməzlini qətlə yetirib.