Mask Trampı "tərk etdi"

Mask Trampı "tərk etdi" Dünya

Dünyanın ən zəngin adamı, amerikalı milyarder İlon Maskın prezident Donald Trampın kabinetindəki səlahiyyət müddəti başa çatıb. 

News24.az xəbər verir ki, o bununla bağlı X sosial media platformasında açıqlama verib.

Mask, "Xüsusi Hökumət Məmuru kimi səlahiyyət müddətim sona çatdı. Mənə israfçılığı azaltmaq fürsəti verdiyi üçün Prezident Donald Trampa təşəkkür etmək istəyirəm" deyə yazıb.

Qeyd edək ki, Maskın açıqlamasını Ağ Ev də təsdiqləyib.

Amerika mətbuatının yazdığına görə, Maskın vəzifəsindən getməzdən əvvəl Trampla rəsmi görüşü olmayıb.


Günel Məlikzadə